Ukraynadan təxliyyə olunan azərbaycanlıların sayı AÇIQLANDI

Ukraynadan təxliyyə olunan azərbaycanlıların sayı AÇIQLANDI
Hadisə 112

“Müharibə başlayandan 12 minədək Azərbaycan vətəndaşı Ukraynadan təxliyyə olunub”.

BAKU.WS xəbər verir ki, bunu Report-a Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgiyev bildirib.

Onun sözlərinə görə, BMqT Dövlət Miqrasiya Xidməti ilə birgə Azərbaycanda ukraynalılara köməklik göstərir.

Bundan başqa, Ukraynadakı böhranı həll etmək üçün BMqT Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyyəsi məsələsində Azərbaycan hökuməti və Xarici İşlər Nazirliyi ilə əməkdaşlıq edir.

Son xəbərlər