Sumqayıt avtobusunda porno qalmaqalı - VİDEO

Sumqayıtda avtobusda sərnişinlərdən biri digər qadın sərnişinə qarşı əxlaqsızlıq edib.
BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video görüntü yayılıb. Bildirilir ki, 6 saylı avtobusda kişi sərnişinlərdən biri telefonunda porno görüntüyə baxıb. Bu azmış kimi o, həmin görüntüləri yanındakı qadına göstərib.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, məsələ ilə bağlı Sumqayıt Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsində araşdırmalar başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...