Masallıda 3 avtomobil toqquşdu, 20-dən çox yaralı

23
iyn
2022
20:02
Masallıda zəncirvarı yol qəzası baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı rayonunun Əhmədli kəndindən keçən hissəsində qeydə alınıb.
Fəhlə daşıyan mikroavtobusla 2 minik avtomobilinin toqquşması nəticəsində 23 nəfər xəsarət alıb.
Yaralıların 17-si Masallı Rayon Mərkəzi Xəstəxanasına, 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hazırda onlara tibbi yardım göstərilir.
Əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Masallıda dəhşətli qəza - Ölən və yaralananlar var - FOTO
Masallı rayonunda zəncirvari yol qəzası baş verib.BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Ələt -Astara magistralının Alvadı kəndindən keçən hissəsind...
