SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Baş rokurorluq və Daxili İşlər Nazirliyi Kürdəmirdə baş verən dəhşətli cinayətlə bağlı məlumat yayıb.

Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Kürdəmirdə 14 yaşlı oğlanın qətlə yetirən şəxs tutulub.
Sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb.


İsti izlərlə İ. Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS