Sabirabadda hamilə qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 22.00 radələrində Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.
 
Ucar rayonu Alpout kənd  sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.
 
Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya  mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.
 
Faktla bağlı araşdırma aparılır.
 
BAKU.WS