SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Gülçülük Sovxozu adlanan ərazidə yol kənarı ilə hərəkət edən 2007-ci il təvəllüdlü Gülməmmədli Şəmsiyyə Yusif qızı və onun bacısı 2010-cu il təvəllüdlü Gülməmmədli Gülzar Yusif qızını avtomobil vurub. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

BAKU.WS