15 il həbs verilən görmə məhdudiyyətli məhkumun cəzası azaldıldı
07
mar
2026
16:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Lökbatanda tanışını qətlə yetirməkdə təqsirli bilinən görmə məhdudiyyətli Qulu Abbasovun cəzası azaldılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bununla bağlı Ali Məhkəmə qərar qəbul edib.
Məhkəmə kollegiyası məhkumun əməlini xüsusi amansızlıqla adam öldürmə maddəsindən daha yüngül olan qəsdən adam öldürmə maddəsinə tövsif edib. Yeni qərarla Q.Abbasovun cəzası 15 ildən 13 ilə endirilib.
Qeyd edək ki, 43 yaşlı məhkum qonşusu Xanlar Əmirovu bıçaqla qətlə yetirib. Məhkəmədə cinayətin qısqanclıq zəminində baş verdiyi bildirilib.
Oxşar xəbərlər
14 yaşlı qız anasının zorakılığına görə sığınacağa yerləşdirildi
Atasını itirdikdən sonra anası ilə yaşayan 14 yaşlı yeniyetmə qızın zorakılığa məruz qaldığı bildirilir. Hazırda o, sığınacaqda qalır və ilk dəfə təhsil almağa...