SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün ona “saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü - rayon sakini Kazım Qulamovun narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən K.Qulamovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Onun barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Lənkəran Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətində inzibati qaydada həbs edilib.

Qeyd edək ki, K.Qulamovla bağlı eyni hal bir neçə ay əvvəl də aşkarlanıb və həmin vaxt da barəsində qanunamüvafiq qaydada tədbir görülüb.

BAKU.WS