SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Bakıda mənzilə basqın edən şəxs ev yiyəsini bıçaqlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyulun 27-də Binəqədi rayonu ərazisində yaşayan İradə Hüseynovanın mənzilinə aldatma yolu ilə girmiş naməlum şəxs ona bıçaqla xəsarət yetirib oradan 110 manat pul aparıb.

İ.Hüseynova xəstəxanaya yerləşdirilib. 

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə hadisənin Bakı şəhər sakini Samir Rəşidov tərəfindən törədilməsi müəyyən edilib.

Binəqədi Rayon Polis İdarəsində faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır.
 
BAKU.WS