148 nömrəli avtobusu "protiv" sürərək təhlükə yaradan SÜRÜCÜ İŞDƏN ÇIXARILDI

148 saylı avtobusun sürücüsü işdən çıxarıldı.
Müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət göstərən "Qrand Bus" MMC-dən BAKU.WS-ə bildirilib ki, yol hərəkəti qaydalarını pozmuş sürücü barəsində tədbir görülüb: "Hadisə ilə bağlı tərəfimizdən araşdırma aparılıb və aidiyyəti qurumlara məlumat verilib.
Həmin sürücü ilə əmək münasibətlərinə xitam verilməsinə dair qərar qəbul edilib".
***09:51
Bakıda sərnişin avtobusu ilə bağlı təhlükəli vəziyyət qeydə alınıb.
BAKU.WS xəbər verir ki, 148 nömrəli marşrut avtobusu paytaxt yollarında tıxac səbəbilə hərəkətini davam etdirə bilmədiyi üçün əks istiqamətli yola çıxıb. Qaydaları kobud şəkildə pozan sürücü digər nəqliyyat vasitələri və sərnişinlər üçün təhlükə yaradıb.
Məsələ ilə bağlı açıqlama veriləcək.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
10 min manat kredit götürmək istədi, öz pulundan da oldu
10 min manat kredit götürmək istəyən vətəndaş öz pulundan olub. BAKU.WS xəbər verir ki, belə bir iddia ilə Ağdam sakini Loğman Əşrəfov "Xəzər Xəbər"ə müracit e...
