VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı Mühəndislik Universitetinin itkin düşən III kurs tələbəsi Lamiyə Binnətova tapılıb.

BAKU.WS "modern.az"-a istinadən xəbər verir ki, tələbə qız aprelin 1-də sevdiyi oğlana qoşularaq rayonlardan birinə gedib. Onun bu gün Masallı rayonunda aşkar edildiyi deyilir.

Qızın yaxınlarının bildirdiyinə görə, Lamiyənin ailəsi onun kiminlə qaçmasından xəbərdar olub:

"Lamiyənin əvvəldən sevdiyi oğlan olub. Ailəsinin də bundan məlumatı var idi, amma qızın anası münasibətlərinə qarşı çıxırdı. Bu səbəbdən Lamiyə sevdiyi oğlanla gedib. Hazırda onların Masallı rayonunda olduğu deyilir. Ailə Lamiyə və onun sevdiyi oğlanın münasibətini qəbul etmir".

Lamiyə Binnətova tapıldıqdan sonra anası axtarış müraciətini geri çəkib.

Bakı Mühəndislik Universitetinin sözçüsü Elman Babayev isə Lamiyənin aprelin 1-i saat 16:50-də müəllimdən icazə alaraq dərsdən çıxdığını və geri qayıtmadığını bildirib.

***10:22

Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi itkin düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə “Report”a universitetin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.

Onun sözlərinə görə, Memarlıq və inşaat fakültəsinin 3-cü kurs tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-dən sonra universitetə gəlməyib.

E.Babayev bildirib ki, L.Binnətova nümunəvi tələbə olub: "Həmin gün saat 16:50 radələrində müəllimdən icazə alıb və universitetdən çıxıb. Sonrakı günlər isə dərslərə gəlməyib. Məsələ ilə bağlı onun valideynləri ilə əlaqə saxlanılıb. Onun ailəsi Daxili İşlər Nazirliyinə məlumat verib. Hüquq-mühafizə orqanları axtarır”.

***08:40

Abşeronda itkin düşən gənc qız axtarılır.

BAKU.WS “qafqazinfo”ya istinadən xəbər verir ki, Xırdalanda yerləşən Bakı Mühəndislər Universitetinin tələbəsi Binnətova Lamiyə Nizami qızı aprelin 1-i ali təhsil ocağından çıxıb və naməlum istiqamətdə gedərək itkin düşüb.

21 yaşlı Lamiyəni görənlərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və ya Abşeron polisinə məlumat vermələri xahiş olunur.

BAKU.WS