Zakir Həsənov hərbçilərə ali hərbi rütbələr təqdim edib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 26-da Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ali hərbi rütbələr verilən hərbi qulluqçularla görüşüb.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Müdafiə Nazirliyinin hərbi qulluqçularına "general-mayor" ali hərbi rütbəsinin verilməsi haqqında Azərbaycan Prezidentinin 25 iyun 2026-cı il tarixli Sərəncamı və müdafiə nazirinin müvafiq əmri oxunduqdan sonra zabitlərə ali hərbi rütbələr təqdim edilib.
Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran general-polkovnik Z.Həsənov onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.
Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan və İtaliya XİN başçıları strateji tərəfdaşlıq münasibətlərini müzakirə ediblər
Xarici işlər naziri Ceyhun Bayramovla İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı ap...