SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Azərbaycanın Almaniyadakı səfirliyinin Münhen polisindən aldığı məlumata əsasən ticarət mərkəzində atışma nəticəsində həlak olan və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur".

BAKU.WS məlumat verir ki, bu barədə "Report"а  Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib:

"Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik", - Hikmət Hacıyev bildirib.

Qeyd edək ki, Münhendə baş vermiş silahlı atışma nəticəsində ölənlərin sayı 10-a çatıb. Hadisə nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 
 
BAKU.WS