SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyədə çevriliş zamanı başı kəsildiyi deyilən əsgərin sağ olduğu məlum olub. 
 
BAKU.WS-in məlumatına görə, başı kəsildiyi iddia olunan Burak Salıvermez haqqında çıxan xəbərlərin yalan olduğunu ifadə edərək bu məlumatlara reaksiya göstərib.

Salıvermez baş verənlərdən böyük üzüntülü olduğunu söyləyib. Salıvermez 1993-cu ildə Bahçelievlerdə dünyaya gəlib və 2013-cü ildə Şanlıurfanın Siverek bölgəsində əsgərlik çəkib. 2014-cü ildə tərxis olunan gənc sağ olduğunu və başının kəsilməsi xəbərlərinin yalan olduğunu bildirirb. 

"Bu cür xəbərlər qətiliklə yalandır. Fotonu paylaşan adam mənəm. Ölmədim, öldürülmədim, başım kəsilmədi. Sağ-salamat İstanbul Avcılarda yaşayıram. İndi bəziləri o paylaşılan şəkilin mənə aid olmadığını da iddia edə bilər. Başı kəsildiyi iddia edilən adam mənəm. Bunu hər cür sübut edə bilərəm", - deyə gənc qeyd edib. 
 
BAKU.WS