Dövlət çevrilişinə cəhd edənlər tərəfindən girov götürülən Türkiyə Baş qərargah rəisi Hülusi Akar azad edilib. 

BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin baş naziri Binəli Yıldırım açıqlama verib. 

O deyib ki, hələ də Ankara səmalarında hökumət binaları və vətəndaşları bombalayan təyyarələr var. Baş nazir sözügedən təyyarələrin dayanmayacağı halda, onların havadan və qurudan vurulacağını bildirib.
 
BAKU.WS