SİZİN REKLAM BURADA!
055 213 76 73


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımov dəfn edilib.

BAKU.WS-in Report-a istinadla xəbərinə görə, şəhid əsgər İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

***10:58

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

BAKU.WS Report-a istinadla məlumatına görə, qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

Qeyd edək ki, hadisə martın 3-də Şuşa-Laçın yolunda qeydə alınıb.

Belə ki, hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər V.Kazımov hərbi tibb müəssisəsinə təxliyyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***10:38

Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan əsgər Vüsal Vüqar oğlu Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.

BAKU.WS Report-a istinadla xəbər verir ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımovun vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib.

Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasiminin də burada keçirilməsinə qərar verilib.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmağına 3 ayı qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.

Xatırladaq ki, hadisə ilə bağlı Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, martın 3-də hərbi yük avtomobilinin qəzaya uğraması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Vüsal Vüqar oğlu hərbi tibb müəssisəsinə təxliyyə olunub.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
QALEREYA