14 yaşlı qıza evlənəcəyini vəd edərək cinsi əlaqəda olan şəxs HƏBS EDİLDİ
Lənkəran Ağır Cinayətlər Məhkəməsi azyaşlıya qarşı cinsi istismar işi üzrə höküm çıxarıb.
BAKU.WS-in məlumtına görə, məhkəmə 2004-cü il təvəllüdlü Kürdəmir rayon sakini təqsirləndirilən şəxsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə təkrarən cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə təqsirli bilib.
Məhkəmənin müəyyən etdiyinə görə, təqsirləndirilən 2024-cü ilin oktyabr və noyabr ayları, habelə 2025-ci ilin fevral ayında Kürdəmir rayonunun Topalhəsənli kəndində yerləşən evinin bağ sahəsində 2011-ci il təvəllüdlü zərərçəkmiş qızla bir neçə dəfə cinsi əlaqədə olub.
Təqsirləndirilən məhkəmədə özünü qismən təqsirli bilərək, zərərçəkmişin yaşını bilmədiyini, onun razılığı ilə münasibətdə olduğunu və gələcəkdə evlənmək niyyətində olduğunu bildirib. O, ifadələrində ziddiyyətlər olduğunu qəbul edib və DNT analizi tələb edib, çünki zərərçəkmişin doğduğu uşağın ondan ola biləcəyindən şübhələnib.
Zərərçəkmiş qız isə məhkəmədə ifadəsində təqsirləndiriləni uşaqlıqdan tanıdığını, onun evlənmək vədinə inandığını və razılığı ilə münasibətdə olduğunu söyləyib. O, təqsirləndirilənə qarşı şikayətinin olmadığını və onu bağışladığını qeyd edib. Məhkəmə zərərçəkmişin qanuni nümayəndəsi olan anasının da iştirakı ilə işi araşdırıb.
Məhkəmə təqsirləndirilənin əməlini sübut olunmuş hesab edib. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il müddətə yetkinlik yaşına çatmayanlarla bağlı vəzifə tutma və fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxs əməliyyat zamanı öldü
Cəlilabad rayonunda vəzifəli şəxs ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Cəlilabad Bələdiyyələrin Əlaqələndirmə Şurasının sədri və rayonun Üçtəpə kənd...