SİZİN REKLAM BURADA!
055 213 76 73


 
İsveçdə keçən həftə sonu təşkil edilən iki festivalda 40-dan çox təcavüz hadisəsi baş verib.
 
BAKU.WS-in məlumatına görə, "Bravalla Festivalı"nda 5 təcavüz, 12 cinsi istismar, "Putt I Parken" adlı festivalda isə 35 təcavüz hadisəsi qeydə alınıb. "Putt I Parken" festivalındakı zərərçəkənlərdən ən gəncinin 12 yaşında olduğu bildirilib.

İsveçin Aftonbladet qəzetinə danışan bir gənc başlarına gələni söyləyib: "Bir adam əlini həyat yoldaşımın qıçlarının arasına saldı. Gedib polisə şikayət etdik. Bizdən sərxoş olub olmadığımızı soruşdular. İnsanlar bu tip şeylər etdiklərində polis bizə kömək etməyəcəksə, nə işə yarayırlar?"
 
İsveç polisi təcavüz hadisələrinə qarışan şübhəli şəxsləri axtarır. Polis hadisə şahidlərinin istintaqa yardım etməsini xahiş edib. 
 
BAKU.WS