SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğraması nəticəsində həlak olanların sayı artıb.
 
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində helikopterdə olan 15 nəfərdən 7 nəfəri həlak olub. 8 nəfər yaralanıb.
 
 
***

Türkiyənin Giresun əyalətində hərbi helikopter qəzaya uğrayıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, helikopter Giresunun Alıcılar mahalının Toxumluq kəndində düşüb. İçində komandirlərin də olduğu 11 hərbçinin helikopterlə Giresunda şəhid ailəsini ziyarətə getdiyi deyilir. Helikopterdə 8 hərbçi, 4 hərbçinin həyat yoldaşı və üç uşaq olub.

Qəza zamanı helikopterdə olanlardan 1-nin şəhid olduğu, 2-nin isə ağır yaralı olduğu deyilir. Yerdə qalanların axtarışı davam etdirilir.

Türkiyənin baş naziri Binəli Yıldırım qəzaya uğrayan hərbi helikopterlə bağlı açıqlama verib. O deyib ki, ilkin və böyük ehtimal budur ki, qəza hava şəraitinin pis olmasından baş verib.

"Yaralılar var. Həyatını itirənlərlə bağlı xəbərlər gəlir. Sayı ilə bağlı dəqiq məlumat yoxdur. Amma gələn xəbərlərə görə 5 şəhidimiz var”.

Giresunun bələdiyyə sədri isə deyib ki, hadisə nəticəsində 2 polkovnik və onların həyat yoldaşları, 2 uşaq dünyasını dəyişib.

CNNTürk xəbər verir ki, qəza zamanı 7 nəfər yaralanıb. Hazırda onlar xəstəxanalara aparılırlar. Helikopterin göyərtəsində 8 hərbçi, onlardan dördünün həyat yoldaşı, 3 uşaq olub.
 
BAKU.WS