Azərbaycanlı müğənni qəzaya düşdü

Azərbaycanlı müğənni qəzaya düşdü
Hadisə 1757

 

Müğənni Bahar Lətifqızı qəzaya düşüb.

BAKU.WS Bizimyol.info-ya istinadən məlumat verir ki, ifaçı axşam saatlarında Sumqayıta, Dünya TV-yə çəkilişə gedərkən qəza keçirib.

Müğənni, "Ford” markalı avtomobili ilə kanalda yayımlanan, əməkdar artist Mehriban Xanlarovanın aparıcısı olduğu "Sirriniz Qalmasın” verilişinə tələsirmiş. Məlumata görə, Bahar Lətifqızı efirə gecikdiyi üçün maşını sürətlə sürüb və qəza baş verib.

Hadisə yerinə DYP əməkdaşları gəlib. Bahar Lətifqızının xəsarət aldığı bildirilir.

BAKU.WS

Oxşar xəbərlər

Ayan bahar qızı oldu (FOTO)

Ayan bahar qızı oldu (FOTO)

Tanınmış müğənni Ayan Babakişiyeva bahar qızı obrazını canlandırıb. BAKU.WS məlumat verir ki, müğənni bayrama özəl olaraq bahar qızını xatırladan libas geyinib...

2180 Şou-biznes 19:03 15 mart 2016

Son xəbərlər