Azərbaycanda ağır yol qəzası - Bir neçə nəfər xəsarət alıb - FOTO

27
noy
2021
21:47
Biləsuvar rayonunda ağır yol qəzası olub.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun Biləsuvar şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Beyləqan rayon sakini, 1982-ci il təvəllüdlü Atakişiyev İlqar Mehman oğlunun idarə etdiyi BMW markalı avtomobil idaretmədən çıxaraq aşıb. Qəza nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - Ölən və yaralılar var - FOTO
Beyləqanda 1 nəfərin ölümü, 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, qəza bu gü...
