SİZİN REKLAM BURADA!
055 213 76 73


Bərdədə ana və azyaşlı övladı dəm qazından boğularaq ölüb.

BAKU.WS xəbər verir ki, APA-nın Qarabağ bürosu hadisənin şəhərin H.Əliyev prospektində baş verdiyini bildirib. Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 3 yaşlı Əliyev Tunar Vüsal oğlunun yaşadıqları evdə meyitləri aşkarlanıb.

Qonşuların verdiyi məlumata görə, gecə saatlarında Ayşənin həyat yoldaşı Vüsal Əliyev evə gəlib qapını döysə də, açan olmayıb. Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Qapı sındırılıb, içəri daxil olanda qadının və övladının öldüyünü görüblər. Faktla bağlı araşdırma aparılır.

İlkin məlumata görə, ana və övladı hamam otağında quraşdırılan qızdırıcıdan ayrılan dəm qazından zəhərlənərək ölüblər.

BAKU.WS