13 yaşlı 20 Yanvar şəhidi Larisanın anası: "Qızımı silahla ürəyindən vurmuşdular"
1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə dinc Bakı əhalisinə qarşı törədilən qətliamda ölənlər arasında azyaşlı uşaqlar da olub. Onlardan biri də 13 yaşlı Larisa Məmmədova idi.
BAKU.WS xəbər verir ki, onun anası Qalya Məmmədova "Xəbərin olsun" verilişində həmin dəhşətli hadisənin yaşandığı gecədən danışıb.
O bildirib ki, qızı 13 yaşlı Larisa Məmmədova ürəyindən, həyat yoldaşı Fərman Məmmədov isə ayağından silahla vurulub.
Larisanın ən böyük arzusu böyüyəndə adını azərbaycanlı adına çevirmək olub. O 18 yaşı tamam olan kimi sənədlərini dəyişdirib adını Leyla yazdıracağını bildirib.
Xatırladaq ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib.
Ətraflı videoda:
Oxşar xəbərlər
Orxan Fikrətoğlu: "Əlisilahlı əsgərlərə rəğmən, həqiqətimizi sovet rejiminə söylədik"
"Tanklara, əlisilahlı əsgərlərə rəğmən, öz həqiqətimizi, dövlət quracağımızın mesajını sovet rejiminə söylədik". Bu sözləri 20 Yanvar faciəsi ilə bağlı Baku TV-...