13 yaşlı qızı evinə salıb zorladı, sonra bıçaq və balta ilə... – Azərbaycanda DƏHŞƏTLİ OLAY
12
sen
2018
11:55
Zorlamada təqsirli bilinən Salyan rayon sakini Samir Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərtidir - H. Z.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “publika.az”a istinadən xəbər verir ki, Samir Babayev 1995-ci ildə Salyan rayonun Dayıkənd kəndində anadan olub. Sonradan Salyan rayonunun mərkəzinə köçüb, burada yataqxanada yaşamağa başlayıb. O, qonşusu, 2003-cü il təvəllüdlü Səmayə Qasımovanı zorlamaqda təqsirli bilinib.Azyaşlını içəri saldı, qapını arxadan bağladı və...Samir Babayev 2016-cı ildə Səmayə Qasımovanı oynamaq bəhanəsi ilə yaşadığı Salyan şəhəri, N.Babayev küçəsində yerləşən yataqxananın ikinci mərtəbəsindəki mənzilə dəvət edib. O, Səmayəni içəri salandan sonra qapını arxadan bağlayıb.Bundan sonra Samir Səmayəni qollarından tutub və ona zor tətbiq edib. O, qızı döşəmənin üzərinə uzadaraq soyundurub.ZorakılıqSamir zorakılıq göstərməklə qızla qeyri-təbii yolla cinsi əlaqədə olub. Təcavüzə məruz qalan Səmayə ağlayıb, ucadan qışqıraraq kömək çağırıb. Bu zaman Samir qapını açmağa məcbur qalıb. Qız paltarını geyinərək hadisə yerini tərk edib.Balta və bıçaqla...Daha sonra Samir qızı öldürməklə hədələyib. O, qıza balta və bıçaq göstərərək, baş verənləri danışacağı təqdirdə onu, habelə anası və atasını öldürəcəyini deyib. Qorxuya düşən qız olayı bir neçə il gizlədib.Bundan sonra Samir yenidən qızla cinsi əlaqədə olmaq istəyib. Belə olduqda isə qız baş verənləri anasına danışmağa məcbur qalıb.Səmayənın ailə üzvləri baş verən təcavüz olayı ilə bağlı Salyan rayon polis şöbəsinə ərizə ilə müraciət ediblər. Müraciət əsasında Samir həbs olunub.9 il cəzaSamir Babayevə qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə ittiham irəli sürülüb.Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul olunub.Hökmdən narazı qalan Samir Babayev apelyasiya şikayəti verib. O, şikayətində cəzasının dəyişdirilməsini, barəsində bəraətverici hökmün çıxarılmasını istəyib.Bəraət istədi, hökm dəyişmədiŞirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Samir Babayevin barəsində olan hökm qüvvədə saxlanılıb. Bundan sonra o, eyni tələblə kasasiya şikayəti verib.Samir Babayevin şikayəti araşdırılması üçün bu yaxınlarda Ali Məhkəməyə göndərilib. Şikayət hakim Tahir Kazımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.Hakim heyəti kasasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Samir Babayevin şikayəti təmin olunmayıb.BAKU.WS
Oxşar xəbərlər
Dostunun bacısına eşq məktubu yazdı, 3 tanışı ilə birgə görüşünə getdi və... – Azərbaycanda DƏHŞƏTLİ OLAY
Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən 1998-ci il təvəllüdlü Həsən Qurbanov, onun tanışları – 2000-ci il təvəllüdlü Nazim Məmmədov, 1992-ci il təvəllü...