İvanovkada “Opel” dəmir maneəyə çırpıldı, sürücü öldü

24
sen
2021
23:54
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonunun İvanovka kəndində “Opel” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.
BAKU.WS FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1990-cı il təvəllüdlü İbrahimov Ramil Mütəllim oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Oxşar xəbərlər
Azərbaycanda 5 nəfərin öldüyü qəzadan dəhşətli görüntülər - YENİLƏNİB - VİDEO
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb. BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə rayonun Alekseyevka kən...
