SİZİN REKLAM BURADA!
055 213 76 73


Heyvana qarşı törədilən işgəncə ilə faktı bağlı rəsmi açıqlama verilib.

Şəmkir rayonunda heyvana qarşı törədilən işgəncə faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov BAKU.WS-in yerli bürosuna bildirib ki, məsələyə hüquqi qiymət veriləcək.

"Hadisə Tovuz rayonunun Əyyublu kəndində baş verib. Heyvan sahibi Şəmkir rayon Tatarlı kənd sakinidir və Şəmkir rayon Polis Şöbəsinə müraciət edib.

Faktın baş verdiyi ərazi Tovuz rayon Polis Şöbəsinin inzibati ərazisinə daxil olduğu üçün ilkin araşdırma Şəmkir rayon Polis Şöbəsində aparıldıqdan sonra aidiyyəti üzrə Tovuz rayon Polis Şöbəsinə göndəriləcək.

Tovuz rayon Polis Şöbəsində araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

***15:38

Şəmkir rayonunda inəyə qarşı insanlığa sığmayan vəhşilik edilib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Tatarlı kəndində baş verib.

İmran Əliyevə məxsus bir baş inək qonşu kənddə yaşayan şəxsin həyətinə girib. Ev sahibi isə diri heyvanın buynuzunu kəsərək ayağını baltalayıb.

İmran Əliyevin sözlərinə görə, inəyi örüşdən qayıtmadığı üçün şübhələniblər. Onların şübhələri isə əsassız olmayıb. Heyvana işgəncə edən şəxs inəyi gizlədib.

"Heyvanımız yaşadığımız yerdən 300 metr aralıda yerləşən qonşu kənddəki məhəlləyə girib. Gözümüzlə görməmişik, amma deyir, giribdi.

Tutub aparıb evinə. Heyvana işgəncə veriblər. Buynuzunu, ayağını balta ilə kəsib. Deyib ki, məni şikayət etmə, inəyi buraxacam. Çıx get. Sən demə, inək ölürmüş", - deyə İ.Əliyev bildirib.

Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

BAKU.WS
QALEREYA