SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

Bu barədə Bakı Metropoliten QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə bildirib. Onun sözlərinə görə, saat 12:51-də “Gənclik” metrostansiyasında bir qadın stansiya yoluna yıxılıb.

“Bir qadın stansiya yoluna düşüb. Stansiyaya yaxınlaşan qatarın maşinisti qatarı saxlayıb, məlumat verib. Gərginlik çıxarılıb.

Sərnişin stansiya yolundan çıxarılıb. Araşdırmalar zamanı həmin qadının 1967-ci il təvəllüdlü Bakı sakini Dilguşə Bəkirova olduğu müəyyən edilib.

Hadisə nəticəsində metronun hərəkət sxeminin yaşıl və qırmızı xətlərində 10 dəqiqəyə yaxın yubanma olub”, - deyə qurum rəsmisi bildirib.

BAKU.WS