SİZİN REKLAM BURADA!
055 213 76 73


Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Ağasadıq Gəraybəyli küçəsində beşmərtəbəli yataqxana binasında yanğın olması barədə məlumat daxil olub.

BAKU.WS xəbər verir ki, Bununla bağlı FHN məlumat yayıb.

Məlumat daxil olduqdan dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu ünvana cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq tam söndürülüb.

***10:53

Bakının Binəqədi rayonunda yanğın qeydə alınıb.

Hadisə şahidlərinin BAKU.WS-in “qaynar xətt”inə verdiyi məlumata görə, yanğın 7-ci mikrorayon ərazisində məcburi köçkünlərin yerləşdiyi yataqxananın binasında olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

BAKU.WS
VİDEO

QALEREYA