Azərbaycanda motosiklet yük avtomobili ilə toqquşdu, sürücü öldü - FOTO

01
iyl
2021
09:51
Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Girdəni kəndində qeydə alınıb.
“Shacman” markalı yük avtomobili ilə toqquşma nəticəsində motosikletin sürücüsü hadisə yerində dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Lənkəranda qəzada ölən motosikletçinin kimliyi məlum olub. Bu, Qızılağac kənd sakini, 1957-ci il təvəllüdlü İsayət Hidayət oğlu Əhmədovdur. Motosikleti arxadan vuran "Shacman"ın sürücüsü isə 1997-ci il təvəllüdlü Şaiq Ramiz oğlu Quluzadədir.
Qalereya
Oxşar xəbərlər
Bakıda avtomobillə motosiklet toqquşdu - ANBAAN VİDEO
Bakıda baş verən daha bir motosiklet qəzası kameraya düşüb. BAKU.WS Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə bir müddət əvvəl paytaxt küçələrinin birində...
