Bakıda avtobuslar qəzaya uğradı - 7 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO

Bakıda avtobuslar qəzaya uğradı - 7 nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Video
Hadisə 9924

Bu gün saat 13:30 radələrində M.Useynov prospektində 5 və 125 nömrəli müntəzəm marşrut xətti üzrə iki sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, hadisə ilə bağlı Bakı Nəqliyyat Agentliyi tərəfindən hər iki marşrut xətti üzrə daşıyıcı şirkət “BakuBus” MMC-dən izahat tələb olunub.

Qəza nəticəsində sərnişinlərdən 7 nəfər xəsarət alıb. Yaralılara ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

***14:28

Bakıda avtobusların iştirakı ilə ağır qəza baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb.

Hadisə zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Həmin görüntüləri təqdim edirik:

Son xəbərlər