VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, vida mərasimi Rus Pravoslav Kilsəsində baş tutub.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

O, 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib.

1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

BAKU.WS
VİDEO

QALEREYA