Aleksandr Ata ilə vida mərasimi keçirilib - VİDEO

Aleksandr Ata ilə vida mərasimi keçirilib - VİDEO
Foto Video
Hadisə 283

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksandr İşeinlə (Aleksandr Ata) vida mərasimi keçirilib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, vida mərasimi Rus Pravoslav Kilsəsində baş tutub.

Aleksandr İşein Birinci Fəxri xiyabanda dəfn edilib.

Qeyd edək ki, Aleksandr İşein uzun sürən ağır xəstəlikdən sonra iyunun 10-da vəfat edib.

O, 1952-ci ilin 13 oktyabrında Rusiyanın Yaroslavl şəhərində anadan olub. Moskva Teoloji Akademiyasını bitirən Aleksandr İşein 1988-ci ildə arximandrit səviyyəsinə yüksəlib.

1995-ci ildə Bakirə Məryəmin Məsum Hamiləliyi şərəfinə kilsədə fəaliyyətə başlayıb. 1998-ci ildə Bakı yeparxiyasının yepiskopu təyin edilib. Aleksandr İşeinin 2012-ci ildən dərəcəsi arxiyepiskop olub.

Din xadimi kimi səmərəli fəaliyyəti qiymətləndirilən Arxiyepiskop Aleksandr 2002-ci ildə “Şöhrət” ordeni, 2012-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, 2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şeyxülislam Allahşükür Paşazadə Aleksandr Ata ilə vida mərasiminə qatılıb

Şeyxülislam Allahşükür Paşazadə Aleksandr Ata ilə vida mərasiminə qatılıb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının sabiq arxiyepiskopu Aleksa...

511 Hadisə 12:42 13 iyun 2021

Son xəbərlər