Azərbaycanda həkim yol qəzasında dünyasını dəyişdi - FOTO

10
iyn
2021
19:03
Samux rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Gəncə şəhərində diş həkimi işləyən 1985-ci il təvəllüdlü Abbasov Loğman Əliş oğlu dünyasını dəyişib.
İlkin məlumata əsasən, mərhum idarə etdiyi "Mercedes" markalı avtomobildə ürək tutmasından dünyasını dəyişib. Bundan sonra isə avtomobil idarəetməni itirib və hasara çırpılıb.
Hadisə yerinə Samux rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
28 yaşlı oğlan 78 yaşlı qadını zorlayıb öldürdü
Füzulidə zorlama və qətl cinayətləri törətməkdə təqsirli bilinən Salyan rayon sakini, 1990-cı il təvəllüdlü Yaqub Abbasovun cinayət işi üzrə məhkəmə prosesi baş...