VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Bakıda övladı ilə sığınacaqda qalan qadın əri tərəfindən qaçırılaraq zorakılığa məruz qalıb.

BAKU.WS məlumat verir ki, bu haqda "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Facebook hesabında yazıb: Sığınacağımızda qalan bir qadın ay yarım bundan əvvəl uşağı ilə yaxınlıqdakı həkim məntəqəsinə gedib qayıtmamışdı. Dərhal bu barədə yaxınlıqdakı polis şöbəsinə məlumat vermişdik. Çünki o ərəfədə əri bizə zəng vursa da, qadın onun yerinin bildirilməməsini xahiş etmişdi. Qadın yoxa çıxdıqdan sonra əri bizə zəng vurub polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə qadının həyatının təhlükədə olduğunu dediyini əsas gətirdik. O isə bizə dedi ki, "mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi. Qısqanclıq yaradırdı və səhv edirdi deyə döyülürdü".
 
Mehriban Zeynalova bildirib ki, indicə polisdən zəng vurdublar və söyləyiblər ki, qadın polis idarəsindədir: "Sən demə, bu müddət ərzində ərinin yanında imiş. O isə onu gizlədərək hamıya -  qohumlarına belə "qızınız hardadır? Deyib axtarırmış. Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. Polis şöbəsindədir. İşgəncədən bu dəfə uşağını da qoyub qaçıb”.

Mehriban Zeynalova hadisə ilə bağlı qadınla görüşdükdən sonra ətraflı məlumat verəcəyini bildirib.
 
Ayşən Ayxan
BAKU.WS