SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə 54 yaşlı şəxs özünü beşmərtəbəli binanın dam örtüyündən ataraq intihar edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə F.Əmirov küçəsində baş verib.

Şəhər sakini 1967-ci il təvəllüdlü Razim Qurbanov aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Əraziyə Gəncə şəhər Baş Polis İdarəsi və prokurorluq əməkdaşları cəlb olunublar. Hələlik mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.

BAKU.WS