SİZİN REKLAM BURADA!
055 213 76 73


Lerik rayonunun Veri Əliabad kəndində bəzi yerlərdə torpaq sürüşməsi baş verib.

BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb. Bununla bağlı mütəxəssislərin verdiyi rəyə əsasən, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürüşmə zonasında yerləşən evlərdə yaşayan ailələrin təhlükəsiz əraziyə köçürülməsi zərurəti yaranıb.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən həmin evlərdə yaşayan ailələrin müvəqqəti yaşaması üçün 3 ədəd çadır ev qurulub.

BAKU.WS
VİDEO