Suriyada yaşayan erməni əsilli ailə İŞİD terror təşkilatından qaçaraq Türkiyəyə sığınıb.
 
BAKU.WS-in məlumatına görə, Kobani istiqamətindən Türkiyə sərhədlərini keçən 12 nəfərlik erməni ailə Ermənistana getmək istəyir.
 
Ermənistanın Türkiyədə fəaliyyət göstərən diasporasının rəhbəri Firdus Zakaryan ailənin hələlik İstanbulda yerləşdiriləcəyini bildirib. Onun sözlərinə görə, erməni ailə Ermənistana getmək niyyətindədir. Bildirilib ki, bu ailələrin Dağlıq Qarabağda yerləşdirilməsi nəzərdə tutulur.
 
Ermənilər Azərbaycanın işğal altında olan torpaqlarına gəlmələri yerləşdirməklə Qarabağda yaşayanların sayını artırmaq istəyir. Sosial və iqtisadi vəziyyətin acınacaqlı olduğu Qarabağda hər ötən gün onlarla insan evlərini tərk edərək xaricə üz tutur.
 
Xatırladaq ki, hələ bir müddət öncə Dağlıq Qarabağın "baş nazirinin müavini” Artur Aqabekyan Laçın rayonunda Suriyadan gələn məcburi köçkünlər və qaçqınlar üçün 37 evdən ibarət məhəllə inşa ediləcəyini bildirmişdi. 
 
ŞAHİN Həbibov
BAKU.WS