Venesuelada neft buruğunda partlayış: Xəsarət alanlar var
Venesuelanın Apure ştatında PDVSA dövlət neft şirkətinin obyektində qəza baş verib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Quafita neft yatağındakı COLVEN-02 yerüstü qazma qurğusunda baş verən partlayış nəticəsində azı səkkiz işçi xəsarət alıb.
Onlardan altısında II və III dərəcəli yanıqlar qeydə alınıb.
Zərərçəkənlərin vəziyyətinin ağır olması və ərazidə tibbi imkanların məhdudluğu səbəbindən təcili tibbi yardım Kolumbiyanın xilasedici xidmətləri tərəfindən göstərilib. Yaralılar sərhəddən keçərək Kolumbiyanın Arauka departamentinin Araukita bələdiyyəsindəki tibb müəssisələrinə çatdırılıblar.
PDVSA qəzanın səbəbləri ilə bağlı hələ rəsmi açıqlama verməyib. Yerli sakinlər hadisəni avadanlıqların güclü aşınması və təhlükəsizlik qaydalarına əməl edilməməsi ilə əlaqələndirirlər.
Oxşar xəbərlər
"Xatəm əl-Ənbiya": İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq
İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm əl-Ənbiya" hərbi kom...