Livan İsraillə bütün sərhəd boyunca ordusunu yerləşdirmək niyyətindədir
Livan öz hərbi qulluqçularını İsraillə sərhəddə yerləşdirmək niyyətində qətidir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuperi Beyrutda qəbul edən Livan Prezidenti general Cozef Aun bildirib.
"Livan ordusu beynəlxalq səviyyədə tanınmış sərhədin bütün uzunluğu boyu yerləşdiriləcək və İsrail buna mane olmamalıdır", - o qeyd edib.
Görüş zamanı Aun Livan-İsrail danışıqlarının yekunlarına əsasən iyunun 26-da Vaşinqtonda imzalanmış çərçivə sazişinin uğurla həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Qeyd olunub ki, CENTCOM komandanı Livan ordusu bölmələrinin ölkənin cənubundakı "pilot zona"larda yerləşdirilməsinə yardım edəcək bir qrup hərbi müşahidəçi ilə birlikdə Təl-Əvivdən Beyruta gəlib. Razılaşmaya əsasən, İsrail hərbçiləri Litani çayının şimalındakı bir neçə ərazini tərk edəcəklər, daha sonra isə bu əraziləri Livan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.
Oxşar xəbərlər
Xameneinin müavini yol qəzasında həlak olub
İranın ali lideri Müctəba Xameneinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrindəki (HDQ) siyasi məsələlər üzrə müavini Məhəmməd Əkbər...