Bakıda 2 nəfərin ölümü ilə nəticələnən ağır qəza baş verib.


BAKU.WS
-in məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində, Zabrat-Maştağa yolunda qeydə alınıb. Həmin yolla "Priora” markalı avtomobil Maştağa qəsəbəsi istiqamətində hərəkətdə olarkən qarşıda gedən və "Azpetrol" şirkətinə məxsus MAN markalı benzindaşıyan avtomobilə arxadan çırpılıb.


Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Qəzada minik maşının sürücüsü, 40 yaşlı Ağayev Elman Şirin oğlu və sərnişin, 38 yaşlı Quliyev Rövşən Əhmədağa oğlu hadisə yerində ölüb. Avtomobildəki digər sərnişinlər - 42 yaşlı Əzizov Mirvaleh Mirsaleh oğlu və 33 yaşlı Şərifov Əli Arif oğlu ağır xəsarətlər alıblar.


Yaralılar Sabunçu rayon xəstəxanasına yerləşdiriliblər.


İlkin ehtimala görə, qəzaya VAZ-2172 markalı avtomobilin sürücüsünün sürət həddini aşması səbəb olub. Araşdırmalar zamanı məlum olub ki, minik maşınında olan sərnişinlər toydan qayıdırmışlar və içkili olublar.


Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Ziya Səccad
BAKU.WS