SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Belə ki, 1940-cı il təvəllüdlü Eyvazov Edil Əli oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona onurğanın bel nahiyəsinin əziyi diaqnozu qoyulub.

BAKU.WS