Göyçay sakini dəm qazından zəhərlənərək ölüb

03
mar
2021
23:13
Göyçay rayonunda dəm qazından ölüm hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin Rəsul Rza küçəsi, 38 saylı mənzildə qeydə alınıb.
Belə ki, şəhər sakini, 37 yaşlı Emin Həsənov yaşadığı evin hamam otağında kustar üsulla quraşdırılan su qızıdırıcısının içəri buraxdığı dəm qazından zəhərlənib.
Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda dəhşətli cinayət — Əmisi arvadı ilə 10 il sevgili oldu, qısqanıb qətlə yetirdi
Sevdiyi əmisi arvadını qətlə yetirən Pirallahı rayon sakini Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.BAKU.WS “ölkə.az”a istinadən xəbər verir ki,Cinayət Məcəll...
