VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanda dəhşətli yol qəzasının son anda qarşısı alınıb.


BAKU.WS-in əməkdaşının lentə aldığı görüntülərdən məlum olur ki, yeniyetmə dəmir yoluna çıxaraq özünü təhlükəyə atıb. Görüntülər Bakının Qala kəndi yaxınlığından keçən dəmir yolunda çəkilib. İşıqforun qırmızı işığının yanması, şlaqbaumun yolu bağlaması və avtomobillərin hərəkətsiz dayanması da velosipedi idarə edən gəncin diqqətini çəkməyib.

 

 

Sürətlə dəmir yoluna çıxan yeniyetmə ölümlə üz-üzə gəlib. Ətrafdakıların səs-küyündən sonra təhlükədə olduğunu anlayan gənc velosipedin sürətini artıraraq son anda dəmir yolunu keçib və ölümdən xilas olub. Yolun şlaqbaumla tam bağlanmaması velosiped sürən şəxsin təhlükəli əraziyə daxil olması ilə nəticələnib.

 

Bu kimi anoloji hadisələr təkcə Qalada deyil digər kənd və qəsəbələrdə də qeydə alınıb. Bir neçə gün öncə Türkan qəsəbəsi istiqamətində dəmir yol xəttinin maşın yolu ilə kəsişməsində heç bir xəbərdarlıq nişanının olmaması qəzaya səbəb olacaqdı.

 

BAKU.WS-in oxucularından birinin bildirdiyinə görə, gecə saatlarında avtomobillə yol gedərkən bilmədən dəmir yolu xəttinə çıxıb. Yolda xəbərdarlıq nişanı və hər hansı maneənin olmaması oxucumuzu ölümlə qarşı-qarşıya qoyub. Ancaq xoşbəxtlikdən hər hansı qəza baş verməyib. Bir neçə belə hadisənin qəzasız ötüşməsi gələcəkdə də eyni aqibətin olacağına dəlalət vermir. Məhz buna görə, aidiyyatı orqanlar üzərinə düşəni edərək vətəndaşların təhlükəsizliyini təmin etməlidir.


 

Azad Əliyev