Bakıda 1 nəfərin ölümü, 5 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
 
Sabunçu rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nardaran qəsəbəsində qeydə alınıb. Maştağa qəsəbə sakinləri Rəşad Əsgərovun idarə etdiyi 10- PT- 121 dövlət nömrə nişanlı "Daewoo” markalı avtomaşınla Əlisəttar Mirzəyevin idarə etdiyi 10- UO- 299 dövlət nömrə nişanlı "VAZ-2107” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər 2 sürücü və Ə. Mirzəyevin 3 sərnişini, o cümlədən R.Əsgərovun 1 sərnişini Sahib İsmayılov xəstəxanaya yerləşdirilib, onlardan Ağamehdi Mirzəyev orada dünyasını dəyişib.

Yaralıların vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
 
BAKU.WS