SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun Bozalqanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Həsənov Sahib Bayram oğluna məxsus yaşayış evində baş verib.

Nəticədə ev sahibinin qızı Nigar Həsənova müxtəlif yanıq xəsarətləri alıb.

Xəstəxanaya yerləşdirilən yaralının vəziyyəti kafidir.

İlkin məlumata əsasən, hadisə elektrik naqillərində yaranan qısa qapanmadan baş verib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.

BAKU.WS
VİDEO

QALEREYA