Gədəbəydə kütləvi dava baş verib

27
fev
2021
21:03
Gədəbəydə kütləvi dava baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Zaur Əsgərov bir neçə nəfər tərəfindən döyülüb.
O, ilk olaraq Gədəbəy rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. İlkin məlumata görə adıçəkilən şəxs 3 nəfər tərəfindən döyülüb.
Faktla bağlı polisə məlumat verilib. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Oxşar xəbərlər
Müştəri taksi sürücüsünü döydü
Gəncədə taksiyə müştəri qismində minən şəxs taksi sürücüsünü döyüb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə səhər saatlarında şəhərin Gülüstan...