SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda qarlı və buzlu yollarda yıxılaraq xəsarət alanların sayı artıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:00-a qədər olan məlumata görə hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 3-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıblar.

***11:48

Bu gün saat 11:30-a qədər olan məlumata görə, hava şəraiti ilə əlaqədar 12 nəfər (4 kişi, 8 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan 1-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

***10:47

Bu gün saat 10:00-a qədər olan məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar 8 nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Qeyd olunub ki, yaralılardan birinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.

BAKU.WS