VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Rusiyanın Solneçnoqorsk şəhərində 15 yaşlı qızı soyuduraraq döyən məktəbli qızlar həbs edilib. 

BAKU.WS
-in məlumatına görə, 15 yaşlı qız rəfiqəsi Nadejda Kiselyovanın sevgilisilə əlaqə yaradıb. Onun sevgisilə sosial şəbəkələrdə intim söhbətlər edən qız, sonradan münasibətlərini daha da ciddiləşdirib. Qız rəfiqəsinin sevgilisilə görüşüb.

Bundan xəbər tutan Nadejda Kiselyova bir neçə qızı da götürərək xəyanətkar rəfiqəsinə dərs vermək qərarına gəlib.

Onlar 15 yaşlı qızı yarımçıq tikilinin ərazisinə çağırıblar. Daha sonra Nadejda 15 yaşlı rəfiqəsini soyundurub. Onu möhkəm döydükdən sonra saçlarını yandırıb və təhqir edib.

Baş verən hadisəni qızlardan biri videoya çəkib və internetdə paylaşıb. Hadisə ilə bağlı Rusiya Daxili İşlər Nazirliyi əməliyyat keçirib və Nadejda ilə birlikdə 3 azyaşlı tutulub. Saxlanılanlardan birinin 13, digərinin isə 12 yaşı var. Saxlanılan 18 yaşlı Nadejda isə özünü günahkar bilmir və xəyanətin əvəzini verdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.

Ziya Səccad
BAKU.WS