SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ermənistanda daha bir hərbçi ölüb.

Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, ölkənin Qeqarkunik vilayətində baş verən qəza nəticəsində müqavilə üzrə xidmət edən hərbçi ölüb.

Belə ki, 27 yaşlı hərbçi Samvel Saakyanın avtomobili yolun hərəkət hissəsindən çıxaraq aşıb. 

Qəza nəticəsində maşın yanıb. Xilasedicilər tamamən yanan maşında hərbçinin külə dönmüş meyitini tapıblar. 
 
BAKU.WS