11-ci mərtəbədə köməksiz qalan azyaşlılar xilas edildi - VİDEO
01
iyn
2024
14:28
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində uşaqların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə BAKU.WS-ə FHN-dən xəbər verilib.
Məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə onaltımərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq nəzarətsiz qalmış 2015 və 2018-ci il təvəllüdlü uşaqları xilas ediblər.
Oxşar xəbərlər
Bakıda 9-cu mərtəbədə köməksiz qalan uşaqlar xilas edildi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində azyaşlıların evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə...